Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.
ÇıxışYolu.Com xəbər verir ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar.
Oyun 3-0 hesabı ilə Azərbaycan Milli Məclisinin komandasının xeyrinə başa çatıb.
Qeyd edək ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.
Püşkatmanın nəticələrinə əsasən, “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları qərarlaşıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb.
“B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq. “A” qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Günün ikinci oyununda Polşa və Türkiyə komandaları üz-üzə gələcəklər.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com