61847a41-7356-47ea-91c9-b64a9abb647b..jpg

Azərbaycanlı diplomatların Fransa tərəfindən “persona non grata” elan olunması ucuz qisasçılıqdır – RƏY + FOTO

Baxış sayı: 686 dəfə baxılıb.

Azərbaycanlı diplomatların Fransa tərəfindən “persona non grata” elan olunması
ucuz qisasçılıqdır – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşının rəsmi Paris tərəfindən
“persona non grata” elan olunması ucuz qisasçılıq məqsədi daşıyır və bu fakt
üzrə digər hər hansı izahat yolverilməzdir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“Sirr deyil ki, Fransanın Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi
Qafqazdakı qlobal təhdidə çevrilmiş agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi
xidmət orqanları tərəfindən çökdürülməsi, Parisin 30 illik işğal, təcavüz və
separatizmə dəstəyi fonunda regionda etimadı itirməsi, habelə Bakının Fransanın
qəbul etmək istəmədiyi reallıqları daha da gücləndirməsi fonunda Fransa özünün
başladığı “soyuq müharibə”də Bakıya rüsvayçı formada məğlub olub”, – deputat
bildirib.

B.Məhərrəmov qeyd edib ki, Vətən müharibəsində və antiterror tədbirlərində
hərb meydanında itirilən mövqelərin ardınca istər BMT Təhlükəsizlik Şurası,
istər digər platformalarda fiaskosundan sonra da çirkin əməllərindən əl
çəkməyən Fransanın ölkəmizdəki səfirliyinin 2 əməkdaşı məhz bu çərçivədə
fəaliyyətə, daha dəqiqi, diplomatik statusa uyğun olmayan və “Diplomatik
Əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən
konkret əməllərinə görə Azərbaycan tərəfindən “persona non grata” elan edilərək
ölkədən qovulub:

“Həmin diplomatlarla bağlı Azərbaycanın əlində Azərbaycan xalqının
mənafelərini hədəfə alan təkzibolunmaz dəlillər var idi. Bəs Fransanın əlində
hansı faktlar var? Əgər Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşlarının
əməllərində Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən hər hansı pozuntu
əlamətləri olsaydı, Paris bunu çoxdan car çəkərdi. Bu mənada, Fransanın cari
həmləsi cavab xatirinə atılan ucuz addımdır və Parisin beynəlxalq hüquqla
daban-dabana zidd olan davranışlarından doğan çoxsaylı problemlərin mövcud
olduğu ikitərəfli münasibətləri daha da gərginləşdirir. Biz, təbii ki, mövcud
situasiyadan məmnun deyilik, lakin Fransa ilə münasibətlərin bu həddə çatması
bizim seçimimiz deyil. Afrika və Okeaniyadakı mövqelərini itirmək üzrə olan,
Cənubi Qafqazda isə artıq maraqlarını, ümumiyyətlə, təmin etmək imkanından
məhrum qalan Paris Azərbaycanın gücünü və əhəmiyyətini doğru
qiymətləndirməməklə əslində özünü daha çətin duruma salacağının fərqinə
varmalı, Bakı ilə ritorikasında çox diqqətli olmalıdır. Makron rejimi
anlamalıdır ki, qarşısında sülh vasitəçiliyi adı altında illərlə riyakarcasına
davrandığı 90-cı illərin zəif Azərbaycanı yox, bölgədə diqtə edən, əməkdaşlığı
hədsiz fayda gətirən Azərbaycan var və münasibətlərin normallaşması Bakıdan çox
çürük fransız rejiminin özünə lazımdır”.

Source link