Azərbaycanlı doqquz il əvvəlki zorlamaya görə mühakimə olunacaq

Azərbaycanlı doqquz il əvvəlki zorlamaya görə mühakimə olunacaq

Baxış sayı: 2. 945 dəfə baxılıb.

Azərbaycanlı doqquz il əvvəlki zorlamaya görə mühakimə olunacaq

Rusiyanın İjevsk bölgəsində 35 yaşlı azərbaycanlı zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq. 

ÇıxışYolu.Com xəbər verir ki, istintaqın məlumatlarına görə, cinayətkar və onun tanışı 2009-cu il aprelin 18-də, yerli vaxtla 10:00-da İjevsk rayondakı “Oktyabr” kinoteatrının qarşısından avtomobillə keçən zaman 29 yaşlı qızın taksi saxladığını görüblər.

Onlar qıza evinə ötürməyi təklif ediblər. Qız razılaşıb və maşına oturub. Bir müddət sonra cinayətkarlar yolu dəyişib və qızı başqa ünvana gətiriblər. Onlar həmin qızı döyüb və zorlayıblar. Bundan sonra, onlar qurbanlarını meşəyə aparıb və oradan uzaqlaşıblar. 

Cinayətkarlardan biri saxlanılıb, digəri isə Azərbaycana qaçmağa müvəffəq olub. 2018-ci il avqustun 22-də Rusiyaya qayıdan zaman o da polis tərəfindən saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib.

www.ÇıxışYolu.Com