90a60e70-4736-4202-9b40-3457dd63e4b6..jpg

Azərbaycanlı döyüşçü: “Maraqlı qarşılaşmalar olacaq”

Baxış sayı: 617 dəfə baxılıb.

Azərbaycanlı döyüşçü: “Maraqlı qarşılaşmalar olacaq”

“Maraqlı qarşılaşmalar olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev
noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turniri ilə bağlı danışarkən
deyib.

İdmançı Azərbaycanda belə yarış keçirildiyi üçün təşkilatçılara təşəkkür edib:

“Öz döyüşümüzlə gənclərə örnək olmaq istəyirik. “Rizin”də 2019-cu çempion
olandan sonra “Bellattor”da mübarizə aparıram. Burada qonaq kimiyəm. Amma
karyeramı “Rizin”də başa vuracağam. Rəqibim güclü idmançıdır. Həmişə iddialı
döyüşçülərlə üz-üzə gəlmək istəyirəm. Maraqlı qarşılaşma olacaq. Bunun üçün
əlimizdən gələni edəcəyik”.

Digər döyüşçü Tural Rəhimov “Rizin”də döyüşməyi çoxdan istədiyini vurğulayıb.

“Öz azarkeşlərimizin qarşısında çıxış etmək fəxrdir. Bütün fanatları gözəl
döyüşlər gözləyir”.

Mehman Məmmədov və Nəriman Abbasov yaxşı qarşılaşmaların olacağını deyiblər və
evdə döyüşməyi məsuliyyətini dərk etdiklərini söyləyiblər.

Faiq Tahirov

Source link