d1740bdc-6c70-4ae6-ba55-83d97af6825e..jpg

Azərbaycanlı dünya çempionu: “Bu il də ciddi uğurlar qazanacağımıza inanıram”

Baxış sayı: 677 dəfə baxılıb.

Azərbaycanlı dünya çempionu: “Bu il də ciddi uğurlar qazanacağımıza inanıram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən il Azərbaycan şahmatı üçün uğurlu alındı”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın şahmatçılardan ibarət Azərbaycan
millisinin üzvü Gövhər Beydullayeva deyib.

Gənc şahmatçı ötən il Azərbaycanda bir sıra mötəbər şahmat yarışlarının
keçirildiyini bildirib: “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr
olunmuş bir sıra şahmat tədbirləri və festivalları baş tutdu. Həmçinin Dünya
Kuboku paytaxtımızda yüksək səviyyədə təşkil olundu. Mən və komanda yoldaşlarım
müxtəlif yarışlardan Vətənə yüksək nəticələrlə qayıtdıq. Nicat Abbasovun Dünya
Kubokundakı möhtəşəm çıxışını qeyd edə bilərəm. O, bu nəticə ilə, çox güman ki,
İddiaçılar turnirində oynamaq şansı qazanacaq. Ötən ilin digər tarixi nəticəsi
qadınlardan ibarət millinin Avropa çempionatında gümüş medal qazanması oldu.
Komandanın üç üzvü öz taxtalarında yüksək nəticə əldə etdilər”.

G. Beydullayeva Azərbaycan şahmatçılarının 2024-cü ildə də ciddi uğurlar
qazanacağına inandığını söyləyib: “Bizi sentyabrda Macarıstanın paytaxtı
Budapeştdə Ümumdünya Şahmat Olimpiadası gözləyir. Artıq həmin yarışın
hazırlıqlarına başlamışıq. Ümid edirəm ki, Azərbaycanın kişi və qadın yığmaları
bu turnirdən də medallarla dönəcəklər. Qadınlar və kişilər arasında şəxsi
Avropa çempionatlarında yüksək nəticələr əldə etməyə, eləcə də Dünya Kubokuna
vəsiqə qazanmağa çalışacağıq”.

Source link