bc5e584f-bcce-4f3e-915f-7cc5ac4ea069..jpg

Azərbaycanlı dünya çempionu: “Çox sevincliyəm ki, İtaliyada iki dəfə himnimiz səsləndi”

Baxış sayı: 532 dəfə baxılıb.

Azərbaycanlı dünya çempionu: “Çox sevincliyəm ki, İtaliyada iki dəfə himnimiz
səsləndi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20 ili tamam oldu.
Hər zaman onun dəstəyini və qayğısını hiss etmişik”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında şahmatın rapid
növü üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva deyib.

O, İtaliyadakı dünya çempionatında çıxışından bəhs edib:

“Rapid və blits üzrə dünya çempionatı idi. Ötən il olduğu kimi bu il də həm
qızlar, həm oğlanlar arasında qızıl medal qazanmağı bacardıq. Çox sevincliyəm
ki, İtaliyada iki dəfə himnimiz səsləndi. Mənə dəstək olan hər kəsə çox
təşəkkür edirəm”.

Gənc şahmatçı qarşıda onu çətin turnirin gözlədiyini söyləyib:

“Bir həftə sonra Böyük Britaniyada “Qrand Svis” turnirində iştirak edəcəyəm.
Dünyanın ən güclü qadın qrosmeysterləri orada yarışacaqlar. Əlimdən gələni
edəcəyəm ki, həmin turnirdə də yüksək performans göstərim”.

Faiq Tahirov

Source link