0ea01976-2149-43c0-bbf0-d16fc8079783..jpg

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat aldı

Baxış sayı: 1. 017 dəfə baxılıb.

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat aldı

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri
Nərgiz İsmayılova avrokuboklara təyinat alıb.

AVF-dən verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının (CEV)
Avrokuboklar Komissiyasının üzvü qadın voleybolçular arasında Çempionlar
Liqasında keçiriləcək B qrupunun “Prometey Dnipro” (Ukrayna) – “CS Volei Alba
Blaj” (Rumıniya) matçının supervayzeri olacaq.

CEV-in təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter
Şabo və fransalı Kristof Lekurun işinə qiymət verəcək.

Qarşılaşma bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

Source link