Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat aldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
“Report”un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Xorvatiyada yerli
“Dinamo” və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans
Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Qeyd edək ki, martın 7-də reallaşacaq “Dinamo” – PAOK qarşılaşması Bakı vaxtı
ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin
futbolçusu Mahir Emreli də çıxış edir.