Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq oyun idarə edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, o, Misir Futbol Federasiyasından dəvət alıb.
Belə ki, Ağayev və onun rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək görüşü idarə edəcəklər.
Qarşılaşma sabah İsmailia şəhərindəki eyniadlı stadionda keçiriləcək.
Qeyd edək ki, sözügedən oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Elçin Məsiyev olacaq.