Azərbaycanlı futbolçu Bosniya və Herseqovina Premyer Liqasında

Baxış sayı: 3. 099 dəfə baxılıb.

Azərbaycanlı futbolçu Bosniya və Herseqovina Premyer Liqasında

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə özünə yeni klub tapıb. 

ÇıxışYolu.Com xəbər verir ki, 27 yaşlı futbolçu yenidən legioner həyatı yaşayacaq. 

O bu dəfə Bosniya və Herseqovinanın “Çelik” klubuna üz tutub. Tərəflər artıq rəsmi müqaviləyə imza atıblar. Amit yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Zenitsa şəhərini təmsil edən “Çelik” hazırda Bosniya və Herseqovina Premyer Liqasında geridə qalan 19 turdan sonra 21 xalla 12 kollektiv arasında doqquzuncu sırada qərarlaşıb. Komandanın baş məşqçisi türkiyəli mütəxəssis Adnan Örnəkdir.

Qeyd edək ki, Amit Quluzadənin son iş yeri ötən yay yollarını ayırdığı Kosovonun “Drita” klubu olub. O bunadək Türkiyə, Portuqaliya və Yunanıstanda da legioner həyatı yaşayıb.