eb905dbf-1c65-4d64-a2ed-e6583b31757f..jpg

Azərbaycanlı futbolçu Rusiyada baş məşqçi ilə dalaşdı

Baxış sayı: 911 dəfə baxılıb.

Azərbaycanlı futbolçu Rusiyada baş məşqçi ilə dalaşdı

Rusiyanın “Ximki” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev növbəti dəfə
qalmaqalla gündəmə gəlib.

Müdafiəçi ilə komandanın baş məşqçisi Spartak Qoqniyev arasında insident
yaşanıb. Hadisə dünən baş verib. Əsas komandanın məşqlərindən uzaqlaşdırılmış
Quliyev və Dmitri Tixiy trenajor zalında məşq ediblər. Komanda hazırlığa
gələndə onlar hələ zalda olublar və bu, baş məşqçini özündən çıxarıb.

Qoqniyev qışqıraraq futbolçuları təhqir edib. Mübahisə bir neçə dəqiqə davam
edib. Baş məşqçi bundan sonra məşqə çıxmayıb. Məşq prosesini köməkçilərinə
həvalə edən mütəxəssis bazaya – Quliyevlə Tixiyin otağına gedib və mübahisə
orada davam edib. Mübahisənin əlbəyaxa davaya çevirilməsinə “Ximki”nin mühafizə
xidmətinin əməkdaşları imkan verməyib.

Quliyev məsələ ilə bağlı “Championat”a açıqlamasında dava etmədiklərini deyib:

“Qoqniyevlə məşqdə münaqişə? Dalaşmamışıq, bu, cəfəngiyyatdır və həddindən
artıq şişirdilmiş xəbərdir. Sadəcə, təşkilati məsələ hamı üçün anlaşılmazdır,
vəssalam”.

Source link