Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasının 20-ci turunda növbəti qolunu vurub.
Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” klubunun rəsmi saytında dərc olunan məlumata əsasən, futbolçumuz “Anji” klubuna qarşı keçirilən qarşılaşmanın 88-ci dəqiqəsində penaltini qola çevirə bilib.
“Krılya Sovetov”da çıxış edən digər Azərbaycan əsilli futbolçu Aleksandr Səmədov qarşılaşmanın 28-ci dəqiqəsində vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda salıb.
“Krılya Sovetov” qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurub.
Xatırladaq ki, R.Şeydayev bundan əvvəl “Lokomotiv” və “Yenisey” ilə qarşılaşmalarda fərqlənə bilib. Bu, onun üç ardıcıl turda üçüncü qoludur.
Samir İsayev