dc325e91-2392-468b-8187-2b11b65baee2..jpg

Azərbaycanlı futbolçunun atası həbsxanada öldü

Baxış sayı: 992 dəfə baxılıb.

Azərbaycanlı futbolçunun atası həbsxanada öldü

Bakıda məhkum həbsxanada ölüb. Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə
müəssisələrindən birində qeydə alınıb.

Məhkum Zahid Balabəy oğlu Novruzov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü
bildirilir.

“Futbolinfo”nun məlumatına görə, Zahid Novruzov futbolçu Nurlan Novruzovun
atasıdır.

Futbolçunun atası 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı başından
güllələyərək öldürüb. Daha sonra isə intihar məqsədi ilə özünü vurub. Təcili
xəstəxanaya yerləşdirilən Novruzovun həyatı xilas edilib.

Zahid Novruzov məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum
edilmişdi.

Source link