Azərbaycanlı futbolçunun ölümünə səbəb olan sürücünün həbsi uzadıldı

Azərbaycanlı futbolçunun ölümünə səbəb olan sürücünün həbsi uzadıldı

Baxış sayı: 4. 049 dəfə baxılıb.

Azərbaycanlı futbolçunun ölümünə səbəb olan sürücünün həbsi uzadıldı

Binəqədi Rayon Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

ÇıxışYolu.Com “Report”-a istinadən xəbər verir ki, hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilib, F.Bəşirovun həbs müddəti iki ay artıtılıb.

Qeyd edilib ki, bu il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğluBayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri – A.Qasımov “Sumqayıt”ın U-15 komandasında çıxış edirdi.

www.ÇıxışYolu.Com