2d8f0aac-8157-42f1-b7d2-6713b8b5e0db.jpg

Azərbaycanlı futbolsevərlər bazar günü Sumqayıta axışacaqlar?

Baxış sayı: 30 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasının IX turuna “Sumqayıt” – “Qarabağ” görüşü ilə yekun
vurulacaq.

İlk dövrənin son turunun bağlanış oyununa hələ iki gün qalsa da, azarkeş
marağının yüksək olduğunu deyə bilərik.

Belə ki, “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyevin Cixisyolu.com-a
bildirdiyinə görə, artıq 1500-dək bilet satılıb.

“Həftəsonu oyuna marağın daha da artacağını düşünürük. Çünki şənbə günü saat
14:00-dan 19:00-dək, oyun günü isə saat 14:00-dan görüşün başlayacağı saatadək
bilet satış məntəqələri fəaliyyət göstərəcək. Həmçinin, biletləri onlayn da
əldə etmək mümkündür. Bütün azarkeşlərimizi oyunu izləməyə dəvət edirik.
Düşünürük ki, onlar üçün də gərgin mübarizə ilə yadda qalan maraqlı görüş
olacaq”, – deyə Z.Xudiyev bildirib.

Qeyd edək ki, “Sumqayıt”-“Qarabağ” görüşü oktyabrın 6-da saat 20:00-da Mehdi
Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

“Sumqayıt”ın bundan öncəki APL oyununu 2 200, “Qarabağ”ın oyununu isə 3000
azarkeş stadiondan izləyib.

Anar Həsənov

Source link