fc9c29e3-56b7-47cf-bc30-21c9f8d531cd..jpg

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Baxış sayı: 979 dəfə baxılıb.

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar
Liqasının oyununa təyinat alıb.

“Report” xəbər verir ki, Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli
referiyə Türkiyənin İstanbul şəhərində keçiriləcək D qrupu matçını həvalə edib.

Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet”
(Türkiyə) – “Allianz MTV Ştutqart” (Almaniya) qarşılaşmasını idarə edəcək.

Yanvarın 18-dəki görüşün ikinci hakimi funksiyasını rumıniyalı Pol Katalin
Şabo-Aleksi yerinə yetirəcək.

Source link