Azərbaycanlı hakim “Qalatasaray”ın oyununa təyinat alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev Avropa Voleybol
Konfederasiyası tərəfindən təyinat alıb.
“Report” xəbər verir ki, o, Çağırış Kubokunun 1/8 final oyununda iş başında
olacaq.
Z.Hacıyev “Qalatasaray Daikin” (Türkiyə) – “Visbaden” (Almaniya) görüşündə
birinci hakim funksiyasını yerinə yetirəcək.
Qarşılaşma noyabrın 30-da İstanbulda baş tutacaq.