dfad15b8-fef9-402c-8371-3833a878814e..jpg

Azərbaycanlı idmançıya UFC ulduzu ilə döyüşmək təklif olunub

Baxış sayı: 629 dəfə baxılıb.

Azərbaycanlı idmançıya UFC ulduzu ilə döyüşmək təklif olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarışıq döyüş sənətləri (MMA) üzrə azərbaycanlı döyüşçü Rafael Fiziyevə UFC
(Ultimate Fighting Championship beynəlxalq idman təşkilatı) ulduzu Dastin Porye
ilə döyüş təklif olunub.

Bu barədə 30 yaşlı idmançı “The AllStar”a müsahibəsində bildirib.

Fiziyevin sözlərinə görə, zədə səbəbindən döyüşə çıxa bilməyib:

“Menecerim zəng edib dedi ki, UFC Porye ilə döyüşməyimi istəyir.
Təəssüfləndim, çünki hazır deyildim. Bundan əvvəl mənə Londonda döyüşməyi
təklif etmişdilər. Amma ertəsi gün dizimi zədələdim. Porye ilə döyüşmək
istəyirəm, amma dizim hələ sağalmayıb. Nə olursa olsun, ardıcıl iki
məğlubiyyətə baxmayaraq, UFC-nin hələ də mənə inandığı üçün şadam”.

Xatırladaq ki, azərbaycanlı döyüşçü sonuncu döyüşündə zədə səbəbindən döyüşü
davam etdirə bilmədiyi üçün polşalı Mateuş Qamrota texniki nokautla məğlub olub.

Source link