NTV telekanalında “Sən supersən!” beynəlxalq televiziya mahnı layihəsi davam edir.
Layihədə MDB-dən olan uşaqlar iştirak edir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, şounun budəfəki qonağı Zaqataladan olan yeniyetmə Namiq Cəbrayılov olub.
O, layihənin seçmə turunda Azərbaycanın əfsanəvi müğənnisi Müslüm Maqomayevin “Gözəllik kraliçası” mahnısını oxuyub.
Namiqin çıxışı münsiflər heyətinin hamısının xoşuna gəlib. Münsiflər heyəti yekdilliklə ona səs verib. Beləliklə, həmyerlimiz “Sən supersən!” şousunun növbəti tutuna keçib.