Azərbaycanlı investorların Gürcüstana marağı azalıb

Azərbaycanlı investorların Gürcüstana marağı azalıb

Baxış sayı: 6. 773 dəfə baxılıb.

Ötən il Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 2016-cı illə müqayisədə 13,6% azalıb.

ÇıxışYolu.Com bu ölkənin Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 482,1 milyon dollar investisiya yatırıb.

Ümumi investisiyalarda Azərbaycanın payı 25,9% olub. 

2013-2017-ci illərdə Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları məbləğində investisiya qoyub və bu baxımdan, son beş ildə digər xarici ölkələr arasında birinci yerdə olub.

.
www.ÇıxışYolu.Com