Azərbaycanlı iş adamı arvadını başqa kişiyə satdı - İDDİA + FOTO + VİDEO

Azərbaycanlı iş adamı arvadını başqa kişiyə satdı – İDDİA + FOTO + VİDEO

Baxış sayı: 2. 248 dəfə baxılıb.

Türkiyədə həyat yoldaşını fahişəliyə məcbur edən azərbaycanlı iş adamı saxlanılıb.

ÇıxışYolu.Com-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, 34 yaşlı A.Elmir 30 yaşlı Sevinc Kərimovanı fahişəliyə məcbur etməkdə şübhəli bilinir.

Cütlük beş il evli olub. Qadının sözlərinə əsasən, əri tərəfindən daima döyüldüyünə görə o, boşanmaq qərarı verib.

A.Elmir həyat yoldaşını döydüyü üçün bir il müddətinə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra kişi keçmiş arvadına barışmağı təklif edib. O, onun və iki azyaşlı övladının qayğısına qalmağa söz verib. Sonradan cütlük uşaqlarla birlikdə Antalyaya köçüb.

Azərbaycanlı iş adamı arvadını başqa kişiyə satdı - İDDİA + FOTO + VİDEO

Qadının sözlərinə əsasən, Antalyada keçmiş əri onu fahişəliyə məcbur etmək istəyib və evə özgə kişini gətirib.

“Bir gün ərim dedi ki, axşam qonağımız olacaq. O, yad kişi ilə birlikdə evə gəldi. Tanımadığım kişinin evdə alt paltarda gəzdiyini və mənə baxdığını görəndə, uşaqları götürüb otağa keçdim və qapını bağladım”, – S.Kərimova danışır. 

Otaqda qalan qadın cinsi təcavüzdən canını qurtarıb, lakin bunun əvəzinə, keçmiş əri tərəfindən vəhşicəsinə döyülüb.

Azərbaycanlı iş adamı arvadını başqa kişiyə satdı - İDDİA + FOTO + VİDEO

“Bir müddət sonra ərim evə qayıtdı. O, çox hirsli idi. Əlimdən tutaraq məni çarpayıya itələdi və yumruqları ilə döyməyə başladı .O, uşaqların gözü qarşısında məni 11-ci mərtəbədən atmaq istədi”, – qadın deyir.

Azərbaycanlı iş adamı arvadını başqa kişiyə satdı - İDDİA + FOTO + VİDEO

Qadın ərinin əlindən xilas ola bilib və dərhal polisə zəng edib.

Araşdırmalardan sonra məlum olub, A.Elmir Azərbaycan əsilli Türkiyə vətəndaşı, reklam agentliyinin sahibi ilə evlidir.

www.ÇıxışYolu.Com