Azərbaycanlı iş adamından türkiyəli aktrisaya əxlaqsız təklif – VİDEO

Azərbaycanlı iş adamından türkiyəli aktrisaya əxlaqsız təklif – VİDEO

Baxış sayı: 2. 677 dəfə baxılıb.

Özünü azərbaycanlı iş adamı kimi təqdim şəxs “Instagram” hesabından Türkiyənin məşhur aktrisası Özge Boraka onunla bir gecə keçirməsi qarşılığında bir milyon dollar təklif edib. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə aktrisanın özü məlumat verib. 

Özge əxlaqsız təklif mesajını sosial media hesabında paylaşıb.

“Azərbaycanlı iş adamıyam. Moskvada yaşayıram. Səninlə bir gecəyə bir milyon dollar… Hesabını de, pulu dərhal göndərim”, – deyə istifadəçi mesajında yazıb.

Borak isə paylaşımına belə aydınlıq gətirib:

“İzləyicilərin mesajını çox paylaşan biri deyiləm. Çox gülməli, ya da maraqlı olanda paylaşıram. Qadın və ya kişi fərq etməz. Hər kəsə olmasa da, bəzilərinə cavab verməyə çalışıram. 

Sevgi mesajları da çox olur. Sağ olun. Məncə çoxu normal olur və həddini aşmır. Ancaq bu mesaja nə deyəcəyimi bilmədim. Ən yaxşısı belə deyim; Biz onun serialını çəkmişik, canım”. 

Qeyd edək ki, aktrisa “Ihlamurlar altında”, “Küçük kadınlar” və “İstanbullu gəlin” kimi reytinqli seriallarda çəkilib.

.
www.ÇıxışYolu.Com