221c9655-7f70-4bc9-853f-cf16dd461584..jpg

Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək

Baxış sayı: 747 dəfə baxılıb.

Azərbaycanlı iş adamının “Qalatasaray”dakı işinə xitam veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı iş adamı “Qalatasaray”dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, Dursun Özbek “Qalatasaray”ın prezident seçkisinə
namizədliyini açıqlayıb.

İstanbul təmsilçisinin başqanı vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek
2022-ci ilin yayından “Qalatasaray”ın prezidentidir. O, 2015-2018-ci illərdə də
bu vəzifəni icra edib. İş adamı qarşıdakı 2 ildə islahatlar aparmaq
niyyətindədir. Hotelçilik sahəsi üzrə fəaliyyəti üzrə ixtisaslaşmış biznesmen
bir sıra şəxsləri İdarə Heyətinin yeni heyətindən kənarda saxlayıb. Onlardan
biri də Emin İmanovdur. Hazırkı prezident seçimi qazanarsa, azərbaycanlı
funksioner burada yer almayacaq. Dursun Özbekin qərarı “Qalatasaray” cameəsində
hər kəsi şok edib.

Bu, hamı üçün gözlənilməz olub. Çünki İmanov başqana ən yaxın idarəçilərdən
sayılır və klubun işində fəal iştirak eləyib.

Qeyd edək ki, “Qalatasaray”ın bu illərdə əldə etdiyi uğurlarda İmanovun payı
böyükdür. O, ötən zaman kəsiyində komandaya böyük miqdarda vəsait xərcləyib.

Source link