Abdulla adlı azərbaycanlı Həcc ziyarəti çərçivəsində Kəbə ətrafında dövrə vurarkən yerdən pubqabı tapıb.
ÇıxışYolu.Com “Saudi Gazette”yə istinadən xəbər verir ki, o, pubqabını açıb və orada bank kartları, avro, rial və mobil telefon nömrəsi tapıb.
Azərbaycanlı mobil nömrəyə zəng etməyə başlayıb. Məlum olub ki, pulqabı Fransa vətəndaşına məxsusdur. O, pulqabının sahibi ilə əlaqə saxlaya bilməsə də, onun Səudiyyə Ərəbistanındakı qohumları ilə danışa bilib.
Abdulla pul kisəsini Avropa, ABŞ və Türkiyədən olan zəvvarların işləri üzrə İdarəyə təhvil verib. Fransalı zəvvarın pulqabını götürməsi təmin edilib.
Abdulla bildirib ki, oxşar hal 1974-cü ildə onun da başına gəlib. Onun itmiş çantası polis əməkdaşları tərəfindən tapılaraq geri qaytarılıb.
“Mən 44 illik borcumu ödəyə bildim”, – o deyib.