Azərbaycanlı kafedə qətlə görə 14 il aldı

Azərbaycanlı kafedə qətlə görə 14 il aldı

Baxış sayı: 2. 581 dəfə baxılıb.

Azərbaycanlı kafedə qətlə görə 14 il aldı

Rusiyanın Levoberejnıy rayon məhkəməsi 37 yaşlı azərbaycanlı ilə bağlı qərar çıxarıb. 

ÇıxışYolu.Com Rusiya KİV-ə istinadla xəbər verir ki, qətllə başa çatan “Vstreça” kafesində baş verən davaya görə o, 14 il müddətinə azadlıqdan məhrum olunub. 

Hadisə rayonun Volqoqrad küçəsində yerləşən kafedə, 2017-ci il aprelin 19-da baş verib. Azərbaycanlı qardaşı və dostu ilə birlikdə kafedə spirtli içki qəbul edib. Kişi və onun qardaşı kafenin digər üç müştərisi ilə mübahisə edib.

Dava zamanı müttəhim cibindəki bıçağı çıxarıb və qarşı tərəfdən iki nəfərə xəsarət yetirib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı cinayət işi başlanıb. Kişi məhkəmədə əməlini etiraf edib.

www.ÇıxışYolu.Com