c5e1d8ce-1d65-427a-af9d-6f34429de34a..jpg

Azərbaycanlı kişi nişan üzüyünü zəlzələdən zərər çəkənlər üçün yardım toplayanlara gətirdi – FOTO

Baxış sayı: 818 dəfə baxılıb.

Azərbaycanlı kişi nişan üzüyünü zəlzələdən zərər çəkənlər üçün yardım
toplayanlara gətirdi – FOTO

Qazaxıstanda yaşayan azərbaycanlı kişi nişan üzüyünü Türkiyədə zəlzələdən
zərər çəkənlərə yardım kimi bağışlamaq istəyib.

Bunu Türkiyənin Astanadakı səfiri Ufuk Ekici özünün “Twitter” hesabında yazıb.

Diplomat İlqar adlı azərbaycanlı ilə fotolarını paylaşıb.

“Başsağlığı vermək üçün səfirliyə gələn və təkidlə özünün nişan üzüyünü
Türkiyədə zəlzələdən zərər çəkənlərə bağışlamaq istəyən qarabağlı İlqar
qardaşım. Onu zorla razı saldıq. Sağ ol, var ol, qardaşım”, – diplomat bildirib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık
rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan
rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra
bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət
Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə
hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə
yeddi günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10
şəhərində üç aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi
tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 351 nəfər ölüb.

Taziyelerini bildirmek için Büyükelçiliğimize gelen ve ısrarla kendisi ile
eşinin evlilik yüzüklerini depremden etkilenen vatandaşlarımıza bağışlamak
isteyen Karabağlı İlgar kardeşim. Kendisini zor ikna ettik. Sağ ol var ol
kardeşim. 🙏🇦🇿🇹🇷💐🧿🤲pic.twitter.com/I4kjHaCAf1
— Ufuk Ekici (@Ekici_uf) February 9, 2023

Source link