Azərbaycanlı kişi qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədi

Azərbaycanlı kişi qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədi

Baxış sayı: 3. 364 dəfə baxılıb.

Azərbaycanlı kişi qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədi

Rusiyanın Çelyabinsk vilayətində iki azərbaycanlıya hökm oxunub. 

“Dostup” agentliyinin məlumatına görə, onlar dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilirlər.

Məlumata görə, azərbaycanlılardan biri Rusiya ərazisində DAF markalı avtomobillə yüklərin daşınması ilə məşğul olub. 

O, həmyerlisi olan qadına qanunsuz yolla Rusiya ərazisinə keçməyə kömək etməyə söz verib. Bunun üçün qadın ona 20 min rubl (530 AZN – red.) ödəyib.

Qanun pozucuları sərhəddə yaxalanıblar. O, qadını yük maşınında gizlədərək, Rusiya ərazisinə keçirmək istəyərkən ələ keçib.

Məhkəmənin qərarı ilə sürücü 10 min rubl (265 AZN – red.), qadın isə 5 min rubl (132 AZN – red.) cərimələnib.