3623bfe1-abbe-418f-99f9-d4a870a0921e..jpg

Azərbaycanlı könüllü: “Kahramanmaraşa gəlmək mənim vicdan borcum idi”

Baxış sayı: 984 dəfə baxılıb.

Azərbaycanlı könüllü: “Kahramanmaraşa gəlmək mənim vicdan borcum idi”

“Kahramanmaraş şəhərinə gəlmək mənim vicdan borcum idi”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Türkiyədə
baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə şəxsi hesabına könüllü gələn Vüsal
Rüstəmov deyib.

“Burada axtarış-xilasetmə əməliyyatlarına qoşuldum, meyitlərin çıxarılmasında
iştirak etdim. Bundan sonra Azərbaycandan gələn könüllülərə qoşulacam.
Kahramanmaraşın kəndlərində gedib insanlara kömək edəcəm”, – o bildirib.

Qeyd edək ki, V.Rüstəmov fevralın 7-dən Kahramanmaraş şəhərində könüllü olaraq
fəaliyyət göstərir.

Source link