e79f5068-b180-4675-8002-89851c80cd7c..jpg

Azərbaycanlı məcburi köçkünlərə məhəl qoymayan USAID Qarabağı tərk edən ermənilərə milyonlar ayırır – VİDEO

Baxış sayı: 622 dəfə baxılıb.

Azərbaycanlı məcburi köçkünlərə məhəl qoymayan USAID Qarabağı tərk edən
ermənilərə milyonlar ayırır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

USAID-in direktoru Samanta Pauer bu yaxınlarda Ermənistana səfəri zamanı
Qarabağı tərk edən erməni nümayəndələrlə görüşüb.

Pauer “X” sosial şəbəkəsində onlar üçün əlavə 4 milyon dollar ayrılmasından
danışıb.

Lakin xatırlatmaq yerinə düşər ki, Bakıda olarkən Samanta Pauer azərbaycanlı
məcburi köçkünlərə məhəl qoymayıb, onların varlığı ilə maraqlanmayıb.

Ermənilər barədə “Biz onlara dəstək olmaq üçün əlimizdən gələni etməyə davam
edəcəyik” deyən USAİD rəhbəri növbəti dəfə öz ermənipərəst mövqeyini nümayiş
etdirmiş olub.

Xatırladaq ki, bədnam Ruben Vardanyanla yaxın dostluq münasibətində olan
Samanta Pauer dəfələrlə onun tədbirlərində çıxış edib. Bundan əlavə,
havadarlarının sifarişi ilə müxtəlif ölkələrdə “məxməri inqilablar” həyata
keçirmək üçün müəllifi olduğu “Demokratiya doktrinası”nı hazırlayan işçi qrupun
rəhbəri də ermənidir. Təsadüfi deyil ki, Ruben Vardanyan Qarabağda həbs
edilərək Bakıya gətiriləndən sonra Samanta Pauer özü şəxsən Bakıya gəlib,
danışıqlar aparıb.

Görünən odur ki, erməni lobbisi ABŞ-dakı ermənipərəst dairələri növbəti dəfə
hərəkətə gətirib. Belə ki, Qarabağdan ermənilərin köçüb getməsi ilə İrəvan
ABŞ-dan növbəti maliyyə axını gözləyir, köçən ermənilərə ayrılacaq yardımla
Ermənistan büdcəsini doldurmaq istəyirlər. Pauer və digərlərinin bəyanatları da
məhz bu sifarişə görə səsləndirilir.

Two months ago, Azerbaijan’s military operation in Nagorno-Karabakh forced
more than 100k people to leave their homes & move into neighboring Armenia. The
U.S. continues to stand with the ethnic Armenians from NK. (1/4)
pic.twitter.com/lKj2lKhTyy
— Samantha Power (@PowerUSAID) November 21, 2023

Source link