b6419b1e-f05d-43a5-8694-f9030af53a13..jpg

Azərbaycanlı məşhur müğənni boşandı

Baxış sayı: 778 dəfə baxılıb.

Azərbaycanlı məşhur müğənni boşandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Elvin Mirzəzadə həyat yoldaşından boşanıb.

İfaçı bu barədə öz sosial şəbəkəsində paylaşım edib.

O, paylaşımında keçmiş həyat yoldaşına hörmətinin sonsuz olduğunu bildirib:

“Əziz dostlar, üzülərək və təəssüf hissi ilə demək istəyirəm ki, ailə həyatımı
bu gün rəsmi şəkildə sonlandırdım. Düzdür, əksəriyyət bu məsələni birmənalı
qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil.
Sadəcə, qismət…

Keçmiş həyat yoldaşıma sayğım, hörmətim olduğu kimi qalır. İstəməzdim, belə
olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm. Bu barədə artıq
heç nə danışmaq istəmirəm. Yenə də “xeyirlisi” deyib, həyatıma yalnız davam
edirəm.

Allah hamınızı xoşbəxt eləsin!”

Qeyd edək ki, E.Mirzəzadə Aysel adlı xanımla 2022-ci ildə evlənib.

Source link