7251666e-2427-4742-8f13-1138191aebf9..jpg

Azərbaycanlı məşqçi: “FIDE tərəfindən mükafat almaq mənim üçün şərəfdir”

Baxış sayı: 594 dəfə baxılıb.

Azərbaycanlı məşqçi: “FIDE tərəfindən mükafat almaq mənim üçün şərəfdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“FIDE tərəfindən belə bir mükafat almaq mənim üçün şərəfdir. Əsas məqsədim
yetirmələrimin gələcəkdə Azərbaycanın əsas millisində çıxış etmələridir”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən
dünyada yeniyetmələr üzrə 2023-cü ilin ən yaxşı məşqçisi seçilən Cahangir
Ağarəhimov deyib.

Fərdi mükafata görə sevincli olduğunu bildirən Əməkdar məşqçi işindən zövq
aldığını bildirib:

“Bunu mənə verilən qiymət kimi qəbul edirəm. 20 ildir yeniyetmə şahmatçılarla
çalışıram. Bu illər ərzində hər zaman yetirmələrimin müxtəlif yaş
kateqoriyalarında böyük uğurlar qazanmalarını hədəfləmişəm. Bu nəticələrin son
illər artmasına çox sevinirəm”.

Qeyd edək ki, Cahangir Ağarəhimov beynəlxalq qrosmeyster və ustaların
yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə
Avropa çempionatlarının qalibi və medalçıları olublar. C.Ağarəhimovun tələbəsi,
beynəlxalq qrosmeyster Abdulla Qədimbəyli 2022-ci ildə 20 yaşadək gənclər
arasında dünya çempionatının qalibi adını qazanıb.

Source link