cda13cec-8b5a-4aaf-9821-caeeb44c6b68..jpg

Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu

Baxış sayı: 470 dəfə baxılıb.

Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalı Rusiyanın 125 ən zəngin milyarderinin illik reytinqini təqdim
edib.

Zirvədə “Lukoyl”un eks-prezidenti, “Gələcəyimiz” Fondunun ictimai şurasının
sədri Vahid Ələkbərov qərarlaşıb. Onun sərvəti, jurnalistlərə görə, 28,6
milyard dollara bərabərdir.

“Forbes” reytinqində ikinci yeri kapitalı 27,4 milyard dollar dəyərində
qiymətləndirilən “Novatek” idarə heyətinin sədri Leonid Mixelson tutub. Ən
zənginlərin ilk üçlüyünü isə Milli İdman Federasiyasının idarə heyətinin sədri
Vladimir Lisin qapayıb. Nəşr onun sərvətinin 26,6 milyard dollar olduğunu hesab
edir.

Həmçinin, “Telegram”ın yaradıcısı Pavel Durov da 15,5 milyard dollar sərvətlə
ən varlıların onluğuna daxil olub.

Source link