“Lukoyl” şirkətinin prezidenti, rusiyalı milyarder, Rusiyada yaşayan, əslən azərbaycanlı olan Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov Rusiyanın ən varlı varisləri sırasında ilk pillədədir.
ÇıxışYolu.Com xəbər verir ki, “Forbes” jurnalının qiymətləndirilmələrinə əsasən, Ələkbərovun var-dövləti 17 milyard dollara bərabərdir.
“Forbes” varislərin reytinqini üçüncü ildir ki, tərtib edir. Reytinq tərtib olunarkən atadan varisə keçəcək var-dövlət nəzərdə tutulur. Bunun üçün biznesmenin milyardları onun uşaqları arasında bölünüb.
Əli Məmmədov
www.ÇıxışYolu.Com