“S&P Global Ratings” Rusiyanın “LukOil” şirkətinin uzunmüddətli reytinqini təsdiqləyib.
ÇıxışYolu.Com xəbər verir ki, agentlik şirkətin xarici və milli valyutadakı öhədiliyi üzrə reytinqini “BBB”- “stabil” qeyd edib.
Eyni qərar şirkətin prioritetli təminatsız istiqrazlarının reytinqi üzrə də verilib.
Qeyd edək ki, Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovdur.