Azərbaycanlı model Türkiyədə, Beynəlxalq gözəllik müsabiqəsində ilk onluqda yer alıb.
ÇıxışYolu.Com xəbər verir ki, Türkiyənin Antalya şəhərində qızlar arasında keçirilən “Miss Aura İnternational 2018”də beynəlxalq model müsabiqəsində ölkəmizi model Leyla Abbasova təmsil edib.
Leyla Abbasova 28 ölkə arasında keçirilən beynəlxalq model müsabiqəsinin final şousunda “Top 10” siyahısında yer alıb.
Beynəlxalq müsabiqədə birinci yeri Tatarıstan gözəli Kamilla Hüseynova, ikinci yeri isə Rusiya gözəli Violetta Milanova qazanıb.
Qeyd edəki ki, Leyla Abbasova ötən ayın əvvələrində keçirilən “Miss Caspian” milli gözəllik yarışmasında ilk üçlükdə yer almışdı.