Azərbaycanlı modelin 41 min manatlıq üzüyü oğurlandı

Azərbaycanlı modelin 41 min manatlıq üzüyü oğurlandı

Baxış sayı: 2. 159 dəfə baxılıb.

“Miss Azerbaijan 2010” titulunun sahibi, Moskvada yaşayan model Gülnarə Əlimuradovanın üzüyü oğurlanıb.

Bu məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, 29 yaşlı Gülnarənin dəyəri 1,5 milyon rubl (təxminən 41 min manat) olan bahalı zinət əşyası iyulun 15-də itib.

Əvvəlcə itən zinət əşyasının kimə məxsus olduğu bilinməsə də, daha sonra əşyanın əsl sahibi üzə çıxıb. Məlum olub ki, G.Əlimuradova üzüyü “Çayxana” restoranının tualetində unudub. Geri qayıdanda isə həmin zinət əşyasını yerində tapmayıb. Qiymətli daş-qaşlarla bəzədilmiş üzüyü modelə nişanlısı hədiyyə edib.

Qeyd edək ki, G.Əlimuradova Bülbül adına Musiqi məktəbinin məzunudur. O, skripka üzrə ali təhsilini Bakı Musiqi Akademiyasında alıb. Gülnarə “Miss Azerbaijan 2010”da qalib gələndən sonra bir çox məşhur brendlər onu şirkətlərinin siması seçiblər. 

Azərbaycanlı modelin 41 min manatlıq üzüyü oğurlandıAzərbaycanlı modelin 41 min manatlıq üzüyü oğurlandı

Azərbaycanlı modelin 41 min manatlıq üzüyü oğurlandıAzərbaycanlı modelin 41 min manatlıq üzüyü oğurlandı

Azərbaycanlı modelin 41 min manatlıq üzüyü oğurlandı

Rəşad Əliyev