Azərbaycanlı müğənni: Anam ağacdan yıxılıb öldü – FOTO

Azərbaycanlı müğənni: Anam ağacdan yıxılıb öldü – FOTO

Baxış sayı: 2. 790 dəfə baxılıb.

Azərbaycanlı müğənni: Anam ağacdan yıxılıb öldü – FOTO

ARB TV-nin “Boş anlar” verilişi yeni mövsümə start verib.

ÇıxışYolu.Com xəbər verir ki, mövsümün ilk qonağı müğənni Vüqar Muradov olub.

Müğənni onu incidən acı xatirəsindən söz açıb: 

“Gənc yaşda faciəvi şəkildə anamı itirmişəm. Bu, elə bir sızıltıdır ki, təmiri yoxdur. Anam çox zəhmətkeş qadın idi. Alman dili müəllimi idi. Atam işsiz qaldıqdan sonra anam həm alman dilindən uşaq hazırlayırdı, həm də meyvə yığıb mürəbbələr bişirirdi. Səhər saat 06:00-da durub işə başlayırdı, gecə 12:00-da yatmağa gedərdi. 


2005-ci ildə bir gün yağış yağmışdı, sabahı gün isə anam incir ağacına çıxmışdı. Mən evdə yox idim. Bir budaq qırılıb, aşağıdakı budağa dəyərək anamı qaldırıb yerə çırpıb. Nəticədə, anamın ciyəri partladı və boynu sındı. Mən Bakıda idim. 

Bir həftə, 10 gün öncə anamı yuxuda ölən görmüşdüm. Oyandım, ağlaya-ağlaya anama zəng vurdum ki, ana bəs səni yuxuda ölən görmüşəm. Anam isə mənə “ay oğul, ömrümü uzatmısan” dedi. Sən demə, bu, ömür uzatmaq deyilmiş”.

.
www.ÇıxışYolu.Com