Müğənni Almaz Ələsgərova bu gün “Space” TV-də yayımlanan “Hər səhər” proqramının qonağı olub.
ÇıxışYolu.Com xəbər verir ki, proqram zamanı verilişə ac qatıldığını bildirən ifaçı səhər yeməyi hazırlanan pavilyona keçmək istəyərkən müvazinətini itirib.
Yıxılan sənətçiyə verilişin aparıcısı və aktyor Novruz Qartal kömək edib.
Efirdə isə yalnız Ələsgərovanın yıxılma anı görünüb.