d60f8687-1d5b-48d5-8c4a-9f394937b029..jpg

Azərbaycanlı müğənni: “Qızımla rəfiqə ola bilmədim” – FOTO

Baxış sayı: 561 dəfə baxılıb.

Azərbaycanlı müğənni: “Qızımla rəfiqə ola bilmədim” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məni böyüdən ən önəmli şeylərdən biri övladlarımdır. Bu dünyanın ən çətin,
məsuliyyətli, hansı yaşda olursaq-olaq son nəfəsimizə qədər bitməyən və
öyrətməyə davam edən məktəbi ana-atalıqdır. Bu dünyanın ən gözəl təşvişi,
həyəcanı, qoxusu, dadı yenə ana və atalıqdır”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova “Instagram” sosial
şəbəkə hesabında yazıb. Ailəsi ilə fotolar yayımlayan ifaçı bunları əlavə edib:

“Əvəzsiz yolculuğa İpəklə başladım. İpəyə rəfiqə olmadım, ola da bilmərəm.
Lakin biz rəfiqəlikdən çox yaxın sirdaş olduq. İçimi, hiss etdiklərimi,
sıxıntılarımı, onunla sıx-sıx bölüşməyə başladım. Həyata baxışımız,
düşüncələrimiz, xəyallarımız fərqli də olsa, bizi birləşdirən bir nöqtə var ki,
orada mütləq bir araya gəlirik.

Onunla etdiyim söhbətləri, onun baxdığı pəncərəni çox sevirəm. Fərqliliyinin
ahəngini sevirəm. Hər ana kimi mənim də dualarım, diləklərim tükənməzdir. Mən
arzu ediləni deyil, arzunu, duanı sevirəm. Allah bu dünyanın kirini ürəyinə
toxundurmasın. Toxundursa belə, nə olursa-olsun bir insanın baxışınla, dilinlə
ruhunu, qəlbini qırma. Girdiyin hər yerə yaxşılıq, gözəlliyi, sevgini də
bərabərində apar. Ürəyinə xoş gələn nə varsa ətrafınla da paylaş. Bu, ən
faydalı duyğudan qəlbini məhrum qoyma. Qısaca, ruhumun ruhunu gələcəyə daşı,
qızım!”

Source link