Vladivostokda narkotik ticarəti ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Primorsk vilayət prokurorluğu məlumat yayıb. İstintaq məlumatlarına görə, cinayət 2018-ci ilin payızında baş verib.
Saxlanılan şəxs Azərbaycan vətəndaşıdır və Primorskda yaşayış qeydiyyatı olmadan məskunlaşıb.
Məlum olub ki, o, 2018-ci ilin payızında potensial müştəriyə 1200 rubl (31 manat – red.) qarşılığında heroin satıb. Həmin “alıcı” polis əməkdaşı olub və azərbaycanlı saxlanılıb.
Ona qarşı narkotik maddələrin qanunsuz satışı maddəsi ilə ittiham irəli sürülüb.
Həmin cinayət işi baxılması üçün Pervomaysk rayon məhkəməsinə göndərilib.