Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu

Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu

Baxış sayı: 2. 517 dəfə baxılıb.

Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.

ÇıxışYolu.Com Azərtac-a istinadən xəbər verir ki, N. Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyirdi. 

Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskva ətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskvaətrafı afişası”, “Yeni Qüdsdə rus baleti”, “Masa festivalı” və digər aksiyalar həyata keçirilib.

N. Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. İngilis və fransız dillərini mükəmməl bilir.

Qeyd edək ki, N. Şirəliyeva Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin qızıdır.

www.ÇıxışYolu.Com