Azərbaycanlı opera ifaçısını ailəsi ilə birgə teatrdan qovdular

Azərbaycanlı opera ifaçısını ailəsi ilə birgə teatrdan qovdular

Baxış sayı: 2. 533 dəfə baxılıb.

Dünya şöhrətli opera müğənnisi Anna Netrebko, onun həyat yoldaşı azərbaycanlı tenor Yusif Eyvazov və bir yaşlı oğlu Tyaqo Londonda teatrdan qovulublar.

ÇıxışYolu.Com-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə “Ələddin” müziklinin başlamasına bir neçə dəqiqə qalmış baş verib. 

Məlum olub ki, ailəyə satılan biletlər digər tamaşaçılara da satılıb. Nəticədə tamaşa başlayan zaman onlara teatrın əməkdaşları yaxınlaşıblar və zalı tərk etməyi xahiş ediblər.

“Şounun başlmasına beş dəqiqə qalmış bizi teatrdan qovdular. Bizim biletləri başqa tamaşaçılara da satıblar. Dünən 600 avroya aldığımız biletlər keçərsiz oldu”, –  Anna Netrebko sosial şəbəkələrdə yazıb.

Opera ifaçısı sonradan biletlərə görə pulunu geri aldığını bildirib.

www.ÇıxışYolu.Com