Özbəkistanın paytaxtı Daşkənddə keçirilən paracüdo üzrə Qran-Prinin ilk günü beş medal qazanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, kişi yığmamızdan Namiq Abbaslı (-66 kq) gümüş, Ramil Qasımov (-73 kq) bürünc medal qazanıb.
Qadın yığmamızdan isə Sevda Vəliyeva (-57 kq) gümüş, Şəhanə Hacıyeva (-48 kq) və Afaq Sultanova (-57 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, sabah dörd kişi və üç qadın idmançımız mübarizəyə qoşulacaq.
Səbuhi Musayev