8737320e-7e5b-41d9-bf3b-f52004ec527d..jpg

Azərbaycanlı pianoçunun Kennedi Mərkəzindəki konserti anşlaqla qarşılanıb – FOTO/VİDEO

Baxış sayı: 2. 085 dəfə baxılıb.

Azərbaycanlı pianoçunun Kennedi Mərkəzindəki konserti anşlaqla qarşılanıb –
FOTO/VİDEO

Vaşinqtondakı məşhur Kennedi Mərkəzinin Millenium səhnəsində Milli Musiqi və
Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, beynəlxalq
müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarovanın solo
konserti olub.

Cixisyolu.com xəbər verir ki, konsert öncəsi tamaşaçıları salamlayan Nərgiz Əliyarova
bildirib ki, Nyu-Yorkda yaşayan azərbaycanlı musiqiçi kimi bu nəhəng konsert
salonunda “İpək Yolunun musiqisi” (“Music of the Silk Road”) adlı solo proqram
təqdim etməkdən çox məmnundur. Qeyd edib ki, proqrama İpək Yolu üzərində
yerləşən 3 ölkənin – Azərbaycan, Türkiyə və İran bəstəkarlarının əsərləri daxil
olub. Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti barədə danışan musiqiçi
nəzərə çatdırıb ki, dilimiz türk dilləri qrupuna daxildir, mədəniyyətimiz
Türkiyə ilə, xüsusilə də İranın Güney Azərbaycanında yaşayan 40 minə yaxın
azərbaycanlı ilə bənzərdir.

Sonra pianoçunun ifasında Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov,
Firəngiz Əlizadə, Faiq Sücəddinov və Lalə Cəfərovanın, türk bəstəkarları Ülvi
Camal Erkin və Fazil Sayın, İranın ilk qadın dirijoru Gölnuş Xaleğinin, Güney
Azərbaycandan olan bəstəkar Aria Torkanborinin əsərləri səsləndirilib.
Tamaşaçılar pianoçunun ifasını alqışlarla qarşılayıblar. Pianoçumuz hər
bəstəkarın əsərini ifa etməkdən öncə onların həyatları barədə məlumat verib.

Anşlaqla başa çatan konsert zamanı tamaşaçılar zala sığmayıblar. Onların bir
hissəsi pianoçunu ayaq üstə dinləyiblər.

Kennedi Mərkəzi konserti canlı yayımlayıb. Videogörüntülər mərkəzin saytında
və YouTube kanalında yerləşdirilib.

Konserti aşağıdakı linklərdən izləmək mümkündür:

https://www.kennedy-center.org/whats-on/millennium-stage/2023/january/music-of-the-silk-road-nargiz-aliyarova/


Source link