Rusiya may ayının 1-dən Türkiyə pomidorlarına qoyduğu qadağanı aradan qaldıracaq.
ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya Türkiyə ilə aralarında baş verən təyyarə böhranından sonra pomidor idxalına qadağa qoymuşdu.
Məhz həmin müddətdə Azərbaycan fermerləri öz məhsullarını Rusiya bazarlarına çıxarıblar.
Keçən il Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə – 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) çoxalıb. Cari ildə ixracın daha da artırılması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, Azərbaycan pomidor ixracı üçün subsidiyaların verilməsi imkanını da nəzərdən keçirə bilər.