32c38882-8cd0-453f-a8d9-a34b9b14e984..jpg

Azərbaycanlı professor evində hücuma məruz qaldı: Əl-ayağını kəndirlədilər

Baxış sayı: 698 dəfə baxılıb.

Azərbaycanlı professor evində hücuma məruz qaldı: Əl-ayağını kəndirlədilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev
evində hücuma məruz qalıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir müddət əvvəl baş verib.

Məlumatda bildirilib ki, 55 yaşlı hüquqşünasa əvvəllər vəkili olduğu
müvəkkillərindən birinin qardaşı, 31 yaşlı Ceyhun Məmmədov hücum edib. O,
M.Əliyevin evinə gəlib, onunla danışmaq istədiyini deyərək otağa daxil olub. Bu
vaxt Ceyhun əlindəki bıçağı professorun belinə dirəyib, ondan pul tələb edib.
“İşini” rahat görmək üçün M.Əliyevi kresloya oturmağa məcbur edən şəxs onun
əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb.
Ceyhun bundan sonra hüquşünasın telefonunu götürüb. Bank proqramı vasitəsilə
özünə 8 min manat pul köçürüb. Daha sonra nağd pul və digər əşyalarını
götürərək evdən qaçıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində C.Məmmədov həbs edilib. Barəsində
Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müvafiq bəndləri ilə cinayət
işi başlanıb. Bu günlərdə iş üzrə ibtidai araşdırma başa çatıb. İş baxılması
üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Mayis Əliyev Vəkillər Kollegiyasının üzvüdür. O, uzun illərdir
Azərbaycan Universitetinin professoru, “Sosial Hüquqların Araşdırılması”
İctimai Birliyinin sədridir.

Source link