1ea22311-ffde-4206-a211-f82240b36ab7..jpg

Azərbaycanlı qadın hakimlər Türkiyədə 3 oyun idarə edəcəklər

Baxış sayı: 987 dəfə baxılıb.

Azərbaycanlı qadın hakimlər Türkiyədə 3 oyun idarə edəcəklər

Azərbaycanın qadın hakimləri Türkiyədə futbol oyunlarını idarə edəcəklər.

AFFA-nın rəsmi saytı xəbər verir ki, FIFA referisi Fəridə Lütfəliyeva,
köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Antalya və Alanya şəhərlərində
təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq
xarakterli turnirinə təyinat alıblar.

Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA Hakimlər Komitəsi
tərəfindən qardaş ölkəyə ezam olunan hakimlər bu gün Estoniya – Kosovo,
fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya –
Makedoniya matçlarını idarə edəcəklər.

Source link