Azərbaycanlı qadını kredit borcunu ödədikdən sonra vətənə buraxdılar

Baxış sayı: 2. 915 dəfə baxılıb.

Azərbaycanlı qadını kredit borcunu ödədikdən sonra vətənə buraxdılar

Azərbaycanlı qadın Rusiyanın Həştərxan vilayətində iki bankdan kredit götürsə də, borcunu ödəməyə tələsməyib.

Bu, 600 min rubl məbləğdən artıq borcun yaranmasına gətirib çıxarıb. Bankın nümayəndələri məhkəməyə müraciət etdikdən sonra qadının yaşadığı Həştərxandan Azərbaycana getməsinə qadağa qoyulub.

Azərbaycandakı qohumlarının yanına gedərək yay aylarını orada keçirmək istəyən azərbaycanlı bundan sonra borcunu ödəmək qərarına gəlib. Nəticədə ona qarşı tətbiq edilmiş qadağa aradan qaldırılıb.