window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Azərbaycan vətəndaşı Dinar Sarməmmədova Türkiyədə Məhəmməd Vuralla iki illik evlilikdən sonra boşandığını, ancaq boşanmadan sonra iki yaşlı övladının üzünə həsrət qaldığını deyib.
Qadın ərindən ailədaxili şiddət səbəbindən boşanıb.
Məhkəmə uşağın anada qalması barədə qərar çıxarsa da, keçmiş əri və onun ailəsi uşağı Sarməmmədovaya göstərməkdən yayınır.
24 yaşlı D.Sarməmmədova Azərbaycanda müəllimlik ixtisasına yiyələndikdən sonra Iğdırın Evçi kəndinə gəlin köçüb. 25 yaşlı Məhəmməd Vural onun uzaqdan qohumu olub. M.Vuralın ailəsi ilə birgə yaşayan gənc cütlük bir övlad sahibi olublar. Ancaq ailəsinin və Məhəmmədin göstərdiyi zorakılıqdan sonra qadın boşanıb.
“Ərimdən və ailəsindın şiddət gördüm. Boşanmadan öncə heç bir əsas olmadan uşağımı əlimdən aldılar. Məcbur olub məhkəməyə müraciət etdim. 2019-cu ilin mayında məhkəmə boşanmağımıza qərar verdi və uşaq mənə verildi.
Ekspertlər övladımın ailədə qalmasını qərarlaşdırmışdı. Ankaraya getdim. Orada dörd psixoloq və ekspert heyəti oğlumun məndə qalması qərarına gəldi. Bununla bağlı bütün rəsmi sənədlər əlimdədir. Onsuz da təhdid edirdilər. Qərardan sonrə nəticə nə olursa-olsun, top-tüfənglə də olsa, uşağı verməyəcəklərini söylədilər”, – Sarməmmədova bildirib.
Övladının aylardır ondan qaçırıldığını qeyd edən gənc ana səlahiyyətli orqanlardan kömək istəyib, iki yaşlı körpəsinin ona ehtiyacı olduğunu deyərək, göz yaşı töküb.