Türkiyədə – Dənizlidə qətlə yetirilən Türkay İsayevanın qatili öz sevgilisi olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbər yayılıb.
Qadın evində vəhşicəsinə döyülüb. Üç aylıq körpəsi olan qadının həyatını xilas etmək mümkün olmayıb.
T.İsayeva hələlik adı istintaqa bəlli olmayan sevgilisi tərəfindən döyülüb. Səsə gələn qonşular onu ölümcül halda tapıblar. Hadisə yerinə çağırılan tibbi heyətin müdaxilələrinə rəğmən, onu xilas etmək mümkün olmayıb.
Şübhəli axtarışdadır.